Prezident inzibati xətalarla bağlı sənədə dəyişiklik etdi - FƏRMAN
Prezident İlham Əliyev inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
TodayPress TV xəbər verir ki, dəyişikliyə əsasən, 2017-ci il 23 fevral tarixli fərmanla təsdiq edilmiş siyahının 16.0-cı bəndində “şöbə” sözü “departament”, “sektor” sözü isə “şöbə” sözü ilə əvəz edilib.
Fərman Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq imzalanıb.