Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu

Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu
15.09.2025 10:52 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub.

TodayPress TV xəbər verir ki, Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır.

Qeyd edək ki, o vaxtdan indiyədək kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Kəndin ərazisində ümumilikdə 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb.

Dövlətimizin başçısı kəndə köçmüş Barat Novruzovun evinə baş çəkib, ailə üzvləri ilə söhbət edib.

TodayPress TV

FOTOLAR

Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu — 1
Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu — 2
Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu — 3
Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu — 4
Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu — 5
Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu — 6
Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu — 7
Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu — 8
Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində oldu — 9
XƏBƏR LENTİ
03 IYUN 2026
Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici dövlətlərin kəşfiyyat orqanlarının Azərbaycanda təxribat törətməsinin qarşısı alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Bütün Xəbərlər