Oğluma kişi ilə də evlənə biləcəyini deyib – Milli Məclisdə şok iddia
“Duolingo” deyilən xarici bir platforma var və uşaqlar burada xarici dil öyrənirlər, eləcə də böyüklər. Amma bu yaxınlarda oğlum həmin platformada olduğu zaman orada ingilis dilində cümlə yazılmışdı ki, sən kişi olaraq təkcə qadınla yox, kişi ilə də evlənə bilərsən.
TodayPress TV Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Abdullayeva deyib.
“Belə bir alternativin var və bu kimi nümunələr yüzlərlədir və övladlarımızın beyninə zəhərli düşüncülər səpilir. Bu baxımdan təklif edərdim ki, sosial platformaların bəzilərinə qeydiyyatsız girişi var və bu zaman uşaql üçün yenə də sosial şəbəkələr əlçatan olacaq. Biz həmin manipulyasiyanı azaltmaq üçün dəyərlərimizi təbliğ edən, onlara insani təməl dəyərləri aşılayan, bu kimi zərərli fikirlərin öhdəsindən gələ biləcək dəyərləri təbliğ edən video materialların, məqalələrin, postların hazırlanmasını artıraq və birbaşa sistemli şəkildə həyata keçirilsin” – o bildirib.