Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı qəbul edildi

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı qəbul edildi
30.09.2025 12:37 Daxili siyasət

Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib.

TodayPress TV xəbər verir ki, sənəd parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə edilib.

Qeyd edilib ki, sessiyanın qanunvericilik işləri planına 5 yeni qanun layihəsininin hazırlanması daxil edilib.

Həmin sənədlər Dövlət Qulluğu Məcəlləsi, "Dövlət xidmətləri haqqında", "Daxili qoşunlar haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanun layihələridir.

Qanunvericilik işləri planı səsverməyə qoyularaq qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər