Laçın rayonunda beynəlxalq konfrans keçirildi

Laçın rayonunda beynəlxalq konfrans keçirildi
22.08.2025 17:40 Daxili siyasət

Avqustun 22-də Laçında Baş Prokurorluq tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilib

TodayPress TV xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Baş Prokurorluğun rəhbər heyəti, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ərazi və hərbi prokurorlar, eləcə də digər mötəbər qonaqlar iştirak ediblər.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfrans iştirakçılarını salamlayan Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulunun müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək  bildirib ki, bu, müstəqillik tariximizin ən mühüm və əlamətdar hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Prezident İlham Əliyevin rəhbərliyi altında hüquqi islahatların uğurla davam etdirildiyini qeyd edən Baş prokuror dövlət suverenliyinin qorunması və bərpası sahəsində ölkə başçısının fəaliyyətini xüsusi vurğulayıb.

Qeyd edib ki, dövlət başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində suveren ölkəmizin bütün bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə, o cümlədən konfransın keçirildiyi Laçın rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri görülür, eləcə də Böyük Qayıdış strategiyası uğurla icra olunur.

Baş prokuror həmçinin qeyd edib ki, Konstitusiyada təsbit olunmuş suverenlik prinsipləri prokurorluğun fəaliyyətinin əsasını təşkil edir. Bununla yanaşı, müstəqil Azərbaycan Konstitusiyası ölkəmizdə dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğunu müəyyən etməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edib.

Çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov işğaldan azad edildikdən sonra Laçın rayonunda aparılan geniş bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib, habelə qeyd edib ki, indiyədək Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.

Tədbirdə həmçinin MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokuroru Ahmet Gökay Aktaş, Milli Məclisin deputatı Rövşən Muradov, Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Laçın rayon prokuroru İlqar Səadətov çıxış edib.

Çıxışlardan sonra konfrans iştirakçıları tərəfindən mövzu ətrafında və qarşılıqlı əməkdaşlıq üzrə faydalı müzakirələr aparılıb.

Tədbirdə “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib, Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb.

Tədbir çərçivəsində həmçinin, Qarabağ regionunda çalışan, xidməti vəzifələrinin icrasında fərqlənmiş prokurorluq əməkdaşlarına, o cümlədən hərbi prokurorluq əməkdaşlarına Baş prokuror Kamran Əliyev tərəfindən həvəsləndirmə qaydasında mükafatlar təqdim edilib.

Sonda xatirə fotoşəkli çəkilib.

FOTOLAR

Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 1
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 2
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 3
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 4
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 5
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 6
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 7
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 8
Laçın rayonunda beynəlxalq konfrans keçirildi — 9
XƏBƏR LENTİ
02 IYUN 2026
İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Bütün Xəbərlər