Hikmət Babaoğlu "Şöhrət" ordeni ilə təltif edildi - SƏRƏNCAM

Daxili siyasət

16.04.2026 15:28

Hikmət Baba oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu mükafata Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Babaoğlunun aprelin 17-də 60 yaşı tamam olur.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,Sərəncam,İmza,Todaypress.tv,