Dövlət qulluqçularının DİQQƏTİNƏ: Bu məhdudiyyət ləğv edilə bilər

Dövlət qulluqçularının DİQQƏTİNƏ: Bu məhdudiyyət ləğv edilə bilər
13.10.2026 13:14 Daxili siyasət

Bu gün Milli Məclisdə dövlət qulluqçularının elmi və yaradıcı fəaliyyətlə məşğul olması üçün dövlət orqanı rəhbərinin yazılı razılığının tələb edilməsi məsələsinə yenidən baxılması təklif olunub.

TodayPress TV xəbər verir ki, “Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir neçə deputat bu təkliflə çıxış edib.

Deputatlar hesab ediblər ki, dövlət qulluqçularının elmi və yaradıcı fəaliyyətlə məşğul olması rəhbərin şəxsi münasibətindən və yazılı razılığından asılı olmamalıdır. Onların fikrincə, belə fəaliyyət dövlət qulluqçusunun xidməti vəzifələrinin icrasına mane olmadığı halda, bu sahədə mövcud məhdudiyyətlərə yenidən baxılması məqsədəuyğundur.

Müzakirələr zamanı vurğulanıb ki, dövlət qulluqçularının iş vaxtından kənarda elmi və yaradıcı fəaliyyətlə məşğul olmaq imkanlarının genişləndirilməsi onların şəxsi və peşəkar inkişafına şərait yarada bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər