Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq

Daxili siyasət

15.04.2026 19:30

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə qərar Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında qəbul olunub.

50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan 130-a yaxın nümayəndənin iştirak etdiyi konfransda həmçinin İstanbul Bəyannaməsi qəbul olunub.

Bundan başqa konfrans iştirakçıları Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərar qəbul edib.

TodayPress TV

tag: Bakı,Qoşulmama,Hərəkat,Qərargah,TodayPress TV,