Bakı Şəhər İcra Hakimiyyətinin strukturu və idarə edilməsi təkmilləşdirilir

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu və idarə edilməsi təkmilləşdirilir
10.06.2026 20:25 Daxili siyasət

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun optimallaşdırılması və onun fəaliyyətində səmərəliliyin artırılması qərara alınıb.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan MənzilKooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi yaradılacaq. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti təsis edilir.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər