Azərbaycan XİN Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yaydı

Azərbaycan XİN Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yaydı
20.09.2025 09:00 Daxili siyasət

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.

2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az bir müddətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

20 sentyabr tarixində Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan silahlı qüvvələridir. Məhz Ali Baş Komandanın qətiyyəti və silahlı qüvvələrimizin rəşadəti bu qələbəni təmin edib.

Ermənistanın 2020-ci il Vətən müharibəsi nəticəsində qəbul etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində nəinki öz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar yerləşdirdiyi məlum idi. Ermənistan tərəfinin ərazilərimizdə yaratdığı qondarma rejimin təbliğatını hər vəchlə davam etdirməsi, 2 sentyabr 2023-cü il tarixində qondarma "müstəqillik" ilə bağlı separatçı rejimi təbrik etməsi, 9 sentyabr tarixində qondarma "prezident seçkiləri", eləcə də 19 sentyabr tarixində 6 nəfər azərbaycanlının həlak olması ilə nəticələn hərbi təxribat vəziyyəti daha da gərginləşdirdi.

Azərbaycanın ərazilərinə qarşı əsassız iddialarından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, təcavüz siyasətini davam etdirən Ermənistanın və onun qondarma rejiminin heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması zəruri idi.

Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq nümayiş etdirdi.

2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da artırıldı. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşü keçirildi. Görüşün nəticəsində liderlər tərəfindən Birgə Bəyanat imzalandı. Azərbaycan və Ermənistan sülh müqaviləsi mətnini parafladı. Bundan əlavə, Azərbaycan və Ermənistanın müraciətinə uyğun olaraq, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturları 1 sentyabr tarixində ATƏT Nazirlər Şurasının qərarı ilə ləğv edildi.

Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Bu tarixi sülh fürsətinin əldən verilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması zəruridir.

Bu tarixi önəmli gündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.

Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!".

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
İrandan ABŞ-yə xəbərdarlıq: Gəmilərə dron hücumu - VİDEO 16:01 Ermənistan seçkisinin 100 minlik müəmması: bunlar seçicilərdir, yoxsa qatillər? 15:56 Çempion komandada böyük təmizləmə əməliyyatı başladı! 15:55 Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 Bütün Xəbərlər