Sakinlər Yeni il süfrəsi aça biləcək? - "Yaşıl bazar"dan REPORTAJ

Cəmiyyət

25.12.2025 18:00

Qarşıdan Yeni il gəlir və təbii ki, insanlar büdcələrinə uyğun yeni il süfrəsi üçün tədarük də görürlər. Bu zaman alıcıların üz tutduğu əsas məkanlardan biri də bazarlar olur. 

Maraqlıdır, hazırda bazarlarda məhsulların qiyməti və alıcı səviyyəsi hansı vəziyyətdədir?   

Elə bu səbəbdən də Yaşıl Bazara üz tutduq. Bazarda səliqə-sahman qaydasında, məhsul bolluğu da öz yerində idi. 

Ancaq alıcı səviyyəsi oduqca aşağı idi. 

Satıcı  Ramilə Əhmədova da Today Press TV-yə danışarkən bazarda alıcı səviyyəsinin aşağı olmasından gileyləndi. 

Burada satıcılar alıcı sayından narazı olduğu kimi alıcılar da bazar qiymətlərindən narazıdır. 

Bu il heyvan ətində dabaq xəstəliyi geniş yayıldığından insanların balıq məhsullarına tələbatı çoxalıb buna görə də bazarda satışda olan balıq məhsullarının qiymətlərində endirimlər var. 

Bazarda nar məhsullarının qiymətlərindən danışan satıcı Sahil Ağayev bildirdi ki, bu məhsulları daha çox turistlər alır.   

Sonda onu da qeyd edək ki, ekspertlər Yeni il ərəfəsində bazarlarda müşahidə olunan qiymət artımlarının əsasən mövsümi tələbat və artan xərclərlə bağlı olduğunu düşünürlər. Cibiniz dolu olsun.   

Vüsalə Nəciyeva   

Today Press TV

tag: Yaşıl Bazar,Reportaj,Bayram,Süfrə,Todaypress.tv,