Sabah Bakıda güclü külək əsəcək: XƏBƏRDARLIQ
Cəmiyyət
11.01.2026 15:50
Sabah, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.
Milli Hidrometeorologiyada Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq.
Qeyd olunub ki, atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 11-16° isti olacaq.
tag: Milli Hidrometeorologiyada Xidməti,Bakı,Hava,Külək ,Todaypress.tv,
