Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl göndəriləcək
04.02.2026 15:22 Cəmiyyət

Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü vaqonlar göndəriləcək.

TodayPress TV xəbər verir ki, bu gün taxıl yüklü 8 vaqon Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.

Qeyd edək ki, Rusiyadan sonuncu taxıl yüklü vaqonlar fevralın 1-də Azərbaycandan Ermənistana yola salınıb. Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon ötən gün Ermənistan Respublikasına çatıb. Buna qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 900 tona yaxın) taxıl göndərilib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər