Naxçıvana qar yağır

Naxçıvana qar yağır
21.09.2025 13:15 Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağmağa davam edir.

TodayPress TV xəbər verir ki, sentyabrın 21-də muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Sentyabrın 21-i saat 12:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti olub. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Şahbuz, Culfa və Ordubad rayonun yüksək dağlıq ərazilərinə qar yağır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər