Külək əsir, yağış yağır - FAKTİKİ HAVA

Külək əsir, yağış yağır - FAKTİKİ HAVA
21.09.2025 10:45 Cəmiyyət

Sentyabrın 21-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 91, Şamaxıda 55, Qobustanda 34, Lənkəran və Şəkidə 26, Qəbələdə 24, Şahdağ və İsmayıllıda 23, Daşkəsəndə 19, Qrız, Ağstafa, Qaxda (Sarıbaş) 18, Altıağacda 16, Oğuz və Xaltanda 15, Qusarda (Laza) 14, Xınalıqda 13, Qubada 8, Bakıda və Abşeron yarımadasında, eləcə də Göygöl, Gəncə, Naftalan, Xaçmaz, Tərtər, Göyçay, Zaqatala, Mingəçevir, Beylaqan, Sabirabad, Neftçala, Biləsuvar, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Lerik, Şabran, Tovuz, Balakən, Gədəbəy, Şahbuz, Şirvan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 7 mm-dək qeydə alınır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25, Naftalan və Altıağacda 22, Mingəçevir və Gəncədə 20, Culfa, Sabirabadda 17, Şabranda 16 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

Sentyabrın 20-si Qəbələ rayonunun Kiçik Əmili kəndinə saat 20:08-20:15 radələrində diametri 8-10 mm, İsmayıllı rayonuna isə saat 21:30-21:35 radələrində diametri 2-3 mm olan dolu düşüb.

Qrız, Lerik, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

 TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər