"Kəpəz"in futbolçusunun SON DURUMU açıqlandı
Gəncədə bıçaqlanan “Kəpəz” futbol klubunun futbolçusu Veysəl Rzayevin vəziyyəti açıqlanıb.
Klubun mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, futbolçunun durumu stabildir.
Bildirilib ki, onun həyati riski yoxdur.
Xatırladaq ki, bıçaqlanma hadisəsi Gəncə şəhər ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. V.Rzayevi bıçaqlayan şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Türkan İsgəndərli