Güclü külək avtomobilləri MƏHV ETDİ - Zərəri kim ödəməlidir?

Güclü külək avtomobilləri MƏHV ETDİ - Zərəri kim ödəməlidir?
05.02.2026 16:32 Cəmiyyət

Paytaxtda müşahidə olunan güclü küləyin təsirindən çoxmərtəbəli binanın fasad örtüyü uçub. Nəticədə bir çox avtomobilə zərər dəyib.

Bəs bu ziyanı kim qarşılamalıdır?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, binaların damından və ya üzlüyündən qopan hər hansı hissənin avtomobilin üzərinə düşməsi nəticəsində dəymiş zərər mütləq şəkildə ilkin olaraq hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.  


Onun sözlərinə görə, araşdırma zamanı hadisənin hansı səbəbdən baş verdiyi müəyyən olunur:

"Əgər araşdırma nəticəsində avtomobilə dəyən zərərin vətəndaşın ehtiyatsız davranışı ucbatından baş verdiyi məlum olarsa, həmin şəxs barəsində izahat alınır və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunur. Bu halda məsuliyyət məsələsi həmin qərarda öz əksini tapır".

Hüquqşünas vurğulayıb ki, əgər zərər binanı idarə edən qurumun məsuliyyətsizliyi nəticəsində, yəni binanın damından və ya üzlüyündən qopan hissənin avtomobilin üzərinə düşməsi səbəbindən dəyibsə, bu zaman məsuliyyət birbaşa binanın idarəçiliyinə cavabdeh olan şəxsin üzərinə düşür.


"Belə hallarda da vətəndaşın şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və düşən hissənin binaya aid olub-olmadığına aydınlıq gətirilir".

Ramil Süleymanov qeyd edib ki, avtomobilinə zərər dəymiş şəxs binanı idarə edən quruma qarşı mülki qaydada iddia qaldıraraq dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ qazanır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər