FHN Şuşada tədbir keçirdi

FHN Şuşada tədbir keçirdi
15.10.2025 11:10 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi tərəfindən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində "Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Heydər Əliyev və milli dövlətçilik təfəkkürü" mövzusunda tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə Qarabağ RM-nin nümayəndələri və məktəbin kollektivi iştirak edib.

Sonra tədbirdə çıxış edənlər "Konstitusiya və Suverenlik İli"nin elan olunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi, yüksək sərkərdəlik məharəti, parlaq diplomatik istedadı və rəşadətli Azərbaycan Ordusunun misilsiz sücaəti sayəsində 2020-ci ildə cəmi 44 gün ərzində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrında həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, dövlətimizin suverenliyi Azərbaycan xalqının şanlı qəhrəmanlıq mübarizəsi nəticəsində təmin edilib. Bildirilib ki, 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması Azərbaycan dövlətçiliyinin inkişafında, milli təfəkkürün möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edən bir hadisədir.

Natiqlər vurğulayıblar ki, milli Konstitusiyamızın hazırlanması və qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Konstitusiyada əks olunmuş müddəalar Dahi Rəhbərin mütərəqqi siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti sayəsində tam reallaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər