Fatma Hüseynova vəfat etdi

Fatma Hüseynova vəfat etdi
16.10.2025 09:47 Cəmiyyət

Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Hüseynova 86 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1939-cu ildə Sabirabad rayonunda anadan olub.

2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər