Dünyada hər on nəfərdən biri yoxsulluq şəraitində yaşayır

Cəmiyyət

26.12.2025 11:53

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə statistik icmalında qlobal yoxsulluqla bağlı göstəricilər açıqlanıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, 2000–2018-ci illərdə qlobal yoxsulluq səviyyəsi yarıdan çox azalıb. 

Bununla belə, dünyanın inkişaf etməkdə olan ölkələrində hələ də hər on nəfərdən biri yoxsulluq şəraitində yaşayır. Kəskin yoxsulluq əsasən münaqişə və fövqəladə vəziyyətlərin hökm sürdüyü ölkələrdə müşahidə olunur.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına əsasən, 1990–2022-ci illərdə dünyada 1,5 milyard insan ifrat yoxsulluqdan çıxıb. Eyni zamanda, proqnozlara görə, 2025-ci ildə dünya üzrə 808 milyon insan hələ də ifrat yoxsulluq həddində yaşayacaq ki, bu da dünya əhalisinin 9,9 faizinə bərabərdir.

Statistik icmalda vurğulanır ki, yoxsulluğun azaldılması üçün inklüziv iqtisadi inkişaf və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Qiymət Mahir

TodayPress TV

tag: DSK,Dünya,Yoxsulluq,Faiz,Todaypress.tv,