DSK: Son illərdə Azərbaycanda beynəlxalq yoxsulluq səviyyəsi 0 faiz təşkil edib
Cəmiyyət
26.12.2025 11:46
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə statistik icmalına əsasən, son illərdə Azərbaycanda beynəlxalq yoxsulluq səviyyəsi sıfır olaraq qeydə alınıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, 2022-ci ilin sentyabrından etibarən beynəlxalq yoxsulluq həddi 2017-ci ilin beynəlxalq qiymətləri ilə gündəlik 2,15 ABŞ dolları səviyyəsində müəyyən edilib. Bu göstərici gündəlik gəliri 2,15 ABŞ dollarından az olan əhalinin ümumi əhaliyə nisbəti əsasında hesablanır.
Statistik icmalda qeyd olunur ki, 2015–2024-cü illərdə Azərbaycan Respublikasında beynəlxalq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 0,0 faiz təşkil edib.
Qiymət Mahir
tag: DSK,Azərbaycan,Yoxsulluq,Faiz,Todaypress.tv,
