Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olundu

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olundu
21.09.2025 13:45 Cəmiyyət

Mədəniyyət Nazirliyi tərəfindən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə, eləcə də "Konstitutsiya və Suverenlik İli" çərçivəsində Xankəndi şəhərinə mediatur təşkil edilib.

TodayPress TV xəbər verir ki, media nümayəndələri şəhərdəki Konqres Mərkəzi, Biznes Mərkəzi, inşası davam etdirilən Zəfər parkı, Zəfər Muzeyi, Qarabağ Universiteti və digər əsas müəssisələrlə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şamxal Adıgözəlov media təmsilçilərinə müəssisələr haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Media təmsilçiləri səfər müddətində Mədəniyyət Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən 20 sentyabr - Xankəndi Şəhəri Günü tədbirlərinə də qatılıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" 19 sentyabr 2024-cü il tarixində Sərəncam imzalayıb. Sərəncamla 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi təqvimə yazılıb.

TodayPress TV 

FOTOLAR

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olundu — 1
Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olundu — 2
Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olundu — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər