DİN sərgidə iştirak edir

DİN sərgidə iştirak edir
15.10.2025 11:44 Cəmiyyət

Daxili İşlər Nazirliyi Beynəlxalq sərgi təşkilatçısı "Caspian Event Organisers" şirkətinin "13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road and Traffic"" sərgisində iştirak edir.

Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

Bildirilib ki, Bakı Expo Mərkəzində keçirilən sərgidə DİN-in xüsusi pavilyonunda Bakıda ilk dəfə sınaq tətbiqinə başlanılan və nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan "Ağıllı svetoforlar" (adaptiv svetoforlar) pilot layihəsi nümayiş etdirilir. Stenddə paytaxtın 152 kəsişməsində Mərkəz tərəfindən idarə olunan svetofor kontrollerinin proqram təminatı, svetoforların vaxt planlarının hazırlanması və tətbiqi, simulyasiya proqram təminatı, eləcə də qanunsuz parklanma kameralarına dair elektron qərarların tərtibi kimi dörd əsas istiqamət barədə məlumat əldə etmək mümkündür. Eyni zamanda, ziyarətçilərə 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması ilə bağlı məlumatlar verilir.

Həmçinin, ziyarətçilərə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim olunan "i-Patrol" sistemi – real vaxt rejimində qayda pozuntularının aşkarlanması və məlumatların mərkəzi sistemə ötürülməsi, avtomatik nömrə tanıma və videomüşahidə sistemləri, eləcə də patrul avtomobillərində quraşdırılmış müasir texnoloji avadanlıqlar nümayiş edilir.

Yol infrastrukturunun inkişafı, yol hərəkəti təhlükəsizliyinin artırılması, rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi və müasir müşahidə-nəzarət sistemləri sahəsində təcrübə mübadiləsini təmin edən sərginin keçirildiyi üç gün ərzində "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" MMC-nin 107.7 MHz tezliyində yayımlanan "Avto FM" radiosu stendə qurulan radio imitasiyası vasitəsilə birbaşa canlı bağlantı yaradaraq məlumatları dinləyicilərin diqqətinə çatdırır.

Ziyarətçilər yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə polis əməkdaşları tərəfindən ətraflı məlumatlandırılırlar.

Təqdimatlar Azərbaycan, rus və ingilis dillərində aparılır, interaktiv nümayişlər və videomateriallar vasitəsilə ziyarətçilər sistemlərin iş prinsipi ilə yaxından tanış olurlar.

TodayPress TV

FOTOLAR

DİN sərgidə iştirak edir — 1
DİN sərgidə iştirak edir — 2
DİN sərgidə iştirak edir — 3
DİN sərgidə iştirak edir — 4
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər