Cəlilabad şəhərində istehlakçılar üçün “Açıq qapı” günü keçirildi

Cəmiyyət

25.12.2025 17:48

“Açıq qapı” günündə istehlakçıların əsas hüquqları, onların müdafiəsi mexanizmləri və bu sahədə qanunvericiliyin tələbləri izah edilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılar arasında hüquqi məlumatlılığın yüksəldilməsi məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.

Bu çərçivədə Agentliyin Cəlilabad şəhərində yerləşən 6 saylı regional bölməsinin (əhatə etdiyi rayonlar: Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara) təşkilatçılığı və Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istehlakçılar üçün “Açıq qapı” günü keçirilib.  

40-a yaxın istehlakçının iştirak etdiyi görüşdə öncə Agentliyin fəaliyyət istiqamətlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra iştirakçılara istehlakçıların məlumat almaq, malın dəyişdirilməsi və qaytarılması, müraciət etmək, zərərin ödənilməsi, sərbəst seçim və digər hüquqları barədə geniş məlumat təqdim olunub.

Sonda istehlakçı hüquqlarının pozulması halları ilə bağlı vətəndaş müraciətləri dinlənilib, onlara müvafiq sahədə qanunvericiliyin tələbləri, istehlakçı hüquqlarının müdafiəsində mərkəzi icra hakimiyyəti orqanları və məhkəmələrin rolu izah edilib.

TodayPress TV

tag: Antiinhisar,İstehlak Bazarı,Nəzarət,Dövlət Xidməti,Todaypress.tv,