Brilliant Dadaşovanın ifası mənimsənilib?

Brilliant Dadaşovanın ifası mənimsənilib?
06.02.2026 13:15 Cəmiyyət

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı düşmüşük” mahnısı gürcü ifaçı tərəfindən mənimsənilib.

TodayPress TV xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin özü məlumat verib.

O, ifa etdiyi mahnının oğurlandığını iddia edib və əlavə edib ki, məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib:

“Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.

Əqli Mülkiyyət Agentliyindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı onlara rəsmi müraciət daxil olmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər