Bakıda avtobus zolaqlarında yeni minib-düşmə yerləri yaradıldı

Bakıda avtobus zolaqlarında yeni minib-düşmə yerləri yaradıldı
04.02.2026 11:28 Cəmiyyət

Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Bu barədə TodayPress TV-yə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib.

Belə ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə bağlı müvafiq lövhələr yerləşdirilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər