Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı
14.10.2025 15:40 Cəmiyyət

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 24 min 611 nəfər və ya 0,24 faiz artıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Belə ki, əhalinin sayı cari ilin sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 249 min 500 nəfərə çatıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər