Adnan Əhmədzadəni hansı cəza gözləyir? – AÇIQLAMA

Adnan Əhmədzadəni hansı cəza gözləyir? – AÇIQLAMA
22.09.2025 13:24 Cəmiyyət

“SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən konkret olaraq hansı maddələrlə ittiham olunması barədə rəsmi açıqlama verilməyib”. 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil İntiqam Hacıyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.

“Sosial şəbəkələr vasitəsilə A.Əhmədzadənin xüsusilə külli miqdarda mənimsəmə əməlinə görə ittiham olunduğu açıqlanıb. Bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən məsuliyyət yaradır. Həmin maddədə verilmiş ittiham öz təsdiqini tapacağı təqdirdə A.Əhmədzadəni 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir”. 

İ.Hacıyev xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə mənimsənilməsi sübuta yetirilən məbləğin 50%-i dövlət büdcəsinə ödənəcəyi təqdirdə şəxsin həmin maddə üzrə cinayət məsuliyyətindən azad olunması mümkündür. Bununla belə, əgər şəxsin əməlində digər cinayət tərkibləri də varsa, o zaman əlavə maddələrlə də cinayət məsuliyyətinə cəlb olunması mümkündür.

Qeyd edək ki, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

Adnan Əhmədzadəni hansı cəza gözləyir? – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər