Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşdü - FOTO

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşdü - FOTO
16.11.2026 15:14 Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

TodayPress TV xəbər verir ki, Hikmət Hacıyev görüş barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

Görüşdə Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də əməkdaşlığın yeni modellərinin inkişaf etdirilməsi müzakirə olunub.

Hikmət Hacıyev Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, ölkənin hərbi imkanları, strateji coğrafi mövqeyi, regional bağlantıların inkişafı və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb.

Tərəflər Azərbaycan–NATO əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

FOTOLAR

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşdü - FOTO  — 1
XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər