Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir

Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
15.11.2026 11:24 Xarici siyasət

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

TodayPress TV xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanlandığı təbrik məktubunda yer alıb.

"Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik", - deyə Dövlət başçısı əlavə edib.

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər