Bağdad Kürdüstanın neftinə və sərhədlərinə nəzarəti ələ keçirmək istəyir

Bağdad Kürdüstanın neftinə və sərhədlərinə nəzarəti ələ keçirmək istəyir
26.11.2026 11:10 Dünya

İraq hökuməti Kürdüstan Regional Administrasiyasının (KRA) neft yataqları və sərhəd-keçid məntəqələri üzərindəki səlahiyyətlərini məhdudlaşdırmaq üçün yeni addımlar atıb.

TodayPress TV xəbər verir ki, “Middle East 24” nəşrinin məlumatına görə, Baş nazir Əli əl-Zeydi federal qurumlara kürd sərhəd-keçid məntəqələrinə nəzarəti ələ almaq və neft ixracını Federal Neft Nazirliyinin səlahiyyətinə keçirmək barədə göstəriş verib.

Qərara əsasən, Diyala, Kərkük, Səlahəddin və Nineva əyalətlərindəki neft yataqlarının idarə olunması da federal qurumların nəzarətinə verilməlidir.

Bu addımlar Şimali Neft Şirkətində qaçaqmalçılıqla bağlı aparılan araşdırmadan sonra atılıb.

Kürdüstan rəhbərliyi isə Bağdadın qərarını regionun muxtariyyətinə müdaxilə kimi qiymətləndirib.

Qeyd edək ki, İraqın mərkəzi hökuməti ilə Kürdüstan Regional Administrasiyası arasında neft hasilatı, ixrac marşrutları və sərhəd-keçid məntəqələrinə nəzarət məsələləri uzun müddətdir mübahisə mövzusudur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər