Alisson Bekkerdən tarixi assist - “Liverpul”da bir ilk yaşandı!

Alisson Bekkerdən tarixi assist - “Liverpul”da bir ilk yaşandı!
26.11.2026 10:55 İdman

“Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

TodayPress TV “OptaJoe” statistik portalına istinadən xəbər verir ki, o, turnirin liqa mərhələsinin V turunda Belçikanın “Brügge” klubu ilə keçirilən qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.

Görüşün 82-ci dəqiqəsində Alissonun ötürməsindən sonra Aleksander İsak fərqlənib. Bununla da braziliyalı qolkiper “Liverpul” tarixində Çempionlar Liqası matçında məhsuldar ötürmə verən ilk qapıçı olub. 

Qarşılaşma İngiltərə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra “Brügge” 9 xalla turnir cədvəlinin 13-cü, 12 xala malik “Liverpul” isə 5-ci pilləsində qərarlaşıb.

Namiq HUN

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər