İrana naməlum güclər "meşoklarla" dollar göndərdi
İranın milli valyutası rialın kəskin dəyər itirməsinin qarşısını almaq məqsədilə qonşu ölkələrdən birindən böyük həcmdə ABŞ dolları nağd pul gətirildiyi bildirilir.
TodayPress TV xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli “Fars” xəbər agentliyi İrana naməlum qonşu ölkədən böyük həcmdə dollar vəsaitinin daxil olduğunu açıqlayıb. Lakin vəsaitin məbləği və hansı ölkədən gətirildiyi barədə məlumat verilməyib.
Mənbə açıqlanmasa da, bir sıra şərhçilər ehtimal olunan ölkə kimi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) göstərirlər. Dubay uzun müddətdir İranla əlaqəli ticarət, valyuta mübadiləsi və qeyri-rəsmi maliyyə əməliyyatları üçün mühüm tranzit mərkəzi hesab olunur. İranın gəlirlərinin sərt valyutaya çevrilməsi və vasitəçilər üzərindən köçürülməsi üçün mövcud şəbəkələr də bu ehtimalı mümkün edir.
Bu ehtimal diqqətçəkən ziddiyyət yaradır. Belə ki, İranın raket və dron hücumlarına ən çox məruz qalan Fars körfəzi ölkələrindən biri məhz BƏƏ olub.
Qiymət Mahir