İsrail Trampa qarşı çıxa bilərmi? ABŞ-nin sülh planı ilə bağlı gözlənilməz proqnoz !

Təhlil

25.12.2025 18:05

HƏMAS Qəzzanın cənubundakı partlayışla əlaqəsinin olmadığını bildirərək, İsraili atəşkəs razılaşmasının ikinci mərhələsinə mane olmaq üçün təxribatlarda ittiham edib. Hərəkatın açıqlamasına görə, partlayışın baş verdiyi Rəfah ərazisi tam İsrail ordusunun nəzarətindədir və partlayan sursat İsrailə məxsus ola bilər. HƏMAS həmçinin İsrailin razılaşmanı pozduğunu, hücumları davam etdirdiyini və Qəzzada humanitar böhranın dərinləşdiyini bildirib.  


Maraqlıdır, Sülh planı pozula bilərmi və Tramp İsrailin addımları qarşında nə edəcək? 


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fuad Heydər bildirib ki,  İsrail ABŞ-nin sülh planını pozmayacaq:

"HƏMAS-ın partlayışa səbəb olmasına baxmayaraq, məsələ araşdırılmalıdır. Məsələn, əgər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bu məsələdə sülh istiqamətində addımlar atıbsa və sülh planını təsdiqləyibsə, İsrail dövləti heç bir halda , heç bir nöqteyi-nəzərdən Trampın və ABŞ-nin sülh təşəbbüsünü poza bilməz".


Analitikin sözlərinə görə, sülh planı əsas aspektlərdən biridir və bu məsələnin arxasında əsasən HƏMAS dayanır.

"Çünki onlar İsraillə müharibəyə başlamaq istəyirlər. Lakin İsrail dövləti bu prosesdə ağıllı davranaraq mənfi addımlar atmayacaq. Beləliklə, sülh planının nəticələri müsbət effektini göstərəcək. Ümumilikdə, İsrail ABŞ-nin mövqeyindən çıxış edərək, lazım olan tədbirləri görməyə çalışacaq",- deyə ekspert qeyd edib.  

Jalə Rövşən

TodayPress TV

tag: HƏMAS,Qəzza,İsrail,Donald Tramp,Todaypress.tv,