Dünya çempionatı ilə bağlı qalmaqal: FIFA prezidentinə açıq XƏBƏRDARLIQ

Dünya çempionatı ilə bağlı qalmaqal: FIFA prezidentinə açıq XƏBƏRDARLIQ
15.10.2026 22:39 İdman

FIFA prezidenti Canni İnfantino dünya çempionatının keçirilmə hüquqlarının bir hissəsinin satılması planına görə təşkilatın şurasından üzr istəyib.

TodayPress TV xəbər verir ki, İnfantino Şura üzvləri qarşısında çıxışı zamanı tənqidçilərindən üzr istəsə də, mübahisəli məsələlərlə bağlı əlavə açıqlama verməyib.

O, dünya çempionatının keçirilmə hüquqlarının satışı, eləcə də ABŞ millisinin hücumçusu Folarin Baloqanın qırmızı vərəqəsinin ləğvi məsələlərinə aydınlıq gətirməyib.

Məlumata görə, avropalı futbol rəsmiləri FIFA rəhbərindən bu məsələlərlə bağlı izahat gözləyiblər. Lakin İnfantino onlara suallarını yazılı şəkildə göndərməyi təklif edib.

FIFA-nın vitse-prezidenti Debbi Hyuit isə suallara cavab verməyəcəyi təqdirdə İnfantinonun təşkilata rəhbərlik etmək üçün yararsız olduğunu bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər