Kiyev hava hücumlarına qarşı çarəsiz qaldı... - Raketlər bitdi
Ukraynanın ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri üçün raket ehtiyatları tamamilə tükənib.
TodayPress TV xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın qeyd etdiyi kimi, Kiyev bir neçə aydır “Patriot” kompleksləri üçün sursat ehtiyatlarının tükənmək üzrə olduğu barədə xəbərdarlıq edirdi. Bu raketlər təkcə baha deyil, həm də bütün dünyada qıtlıq təşkil edir.
CNN vurğulayır ki, bu, Ukraynanın ABŞ istehsalı olan zenit-raket kompleksləri üçün raket ehtiyatlarının tamamilə tükəndiyi ilk hal deyil.
Aysel Mətləb