25 min litr dizel yoxa çıxdı - Almaniyada dəhşətli cinayət

25 min litr dizel yoxa çıxdı - Almaniyada dəhşətli cinayət
15.10.2026 23:17 Dünya

Almaniyada yanacaqdoldurma məntəqələrindən 25 min litrdən çox dizel yanacağının oğurlanması işi üzrə dörd şübhəli həbs edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Saar federal torpağının polis idarəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, Saar ərazisində fəaliyyət göstərən cinayətkar qrup yanacaqdoldurma mexanizmlərini məqsədli şəkildə dəyişdirərək Saar, Hessen və Baden-Vürtemberq federal torpaqlarında yerləşən yanacaqdoldurma məntəqələrini qarət edib.

Bu məqsədlə cinayətkarlar yük bölmələrində yanacağın daşınması üçün xüsusi nasoslar və çənlər quraşdırılmış kiçik yük avtomobilləri icarəyə götürüblər. Yanacaq birbaşa yanacaqpaylayıcı kolonkalardan vurularaq götürülüb.

İstintaq hakimi dörd şübhəlinin həbsinə qərar verib. Onlara ağırlaşdırıcı hallarda mütəşəkkil dəstə tərəfindən törədilmiş oğurluq ittihamı irəli sürülüb. Polis və prokurorluq tərəfindən araşdırma davam etdirilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər