Eyni zavodda ikinci dəfə dəhşətli partlayış baş verdi, yaralılar var

Eyni zavodda ikinci dəfə dəhşətli partlayış baş verdi, yaralılar var
15.10.2026 20:35 Dünya

Yunanıstanın Aqii-Teodori şəhərində “Motor Oil” şirkətinə məxsus neft emalı zavodunda növbəti partlayış baş verib, iki nəfər çoxsaylı xəsarətlər alıb.

TodayPress TV xəbər verir ki, bu barədə “ERT-news” telekanalı məlumat yayıb.

Zavod rəhbərliyinin məlumatına görə, partlayış yüksək təzyiqli istilik dəyişdiricisində təmir işlərinin aparıldığı sexdə baş verib. Çoxsaylı xəsarətlər alan iki işçi Korinf şəhərindəki xəstəxanaya çatdırılıb. Onlar kompüter tomoqrafiyası da daxil olmaqla, müxtəlif diaqnostik müayinələrdən keçirilirlər.

Xatırladaq ki, bu, bir neçə gün ərzində “Motor Oil” zavodunda baş verən ikinci ciddi insidentdir.

Oktyabrın 9-da avadanlıqlara profilaktik texniki xidmət göstərilərkən partlayış baş verib və iki işçi ağır xəsarət alıb. Onlar Afinadakı xəstəxanaya çatdırılıb, lakin sonradan dünyalarını dəyişiblər. Polis dörd nəfəri həbs edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər