Putin səbrinin tükəndiyini göstərdi: Rusiya cavab zərbələrinə hazırlaşır
Rusiya neft emalı zavodlarına və enerji obyektlərinə hücumlara cavab verəcək.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, Moskva neft emalı zavodlarına, logistika və enerji obyektlərinə endirilən zərbələrə cavab tədbirləri görəcək.
Putinin sözlərinə görə, Kiyev Rusiya ərazisindəki ticarət platformalarına və digər obyektlərə hücumlara başlamazdan əvvəl bunun nəticələrini düşünməli idi.
Rusiya lideri, həmçinin Ukrayna Silahlı Qüvvələrinin son vaxtlar Rusiyanın neft emalı zavodlarına hücumlarının ciddi zərər vurmadığını iddia edib.
Kübra Musayeva