Pakistan Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi

Pakistan Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi
15.10.2026 21:00 Dünya

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Azərbaycan Respublikasını Bakıda AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik edirik. Səfir Qasım Mohiuddin Pakistanın dialoqa, çoxtərəfli əməkdaşlığa və Asiyada sülhün, təhlükəsizliyin, sabitliyin təşviqinə dəyişməz sadiqliyini təsdiq edib", - deyə məlumatda qeyd olunub.

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər