Tramp Putinin tərəfini tutsa… - Zelenskinin komandası onu yarı yolda qoyacaq?
Ukrayna Prezidenti Volodimir Zelenskinin komandasının bir hissəsi ölkənin müharibədə qələbə qazanacağına dair ümidlərini itirməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Atlantic” nəşri ukraynalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağı ilə bağlı razılaşması Zelenskinin komandasının bir hissəsinin qələbə ümidlərinə son qoyub.
Ukraynalı rəsminin sözlərinə görə, ABŞ Rusiyanın tərəfində yer alarsa, Ukraynanın gərginliyi azaltmaq və sülh sazişi bağlamaqdan başqa seçimi qalmayacaq.
Kübra Musayeva