ABŞ İrana qarşı hərəkətə keçdi: Bağdaddakı bank da HƏDƏFDƏ

ABŞ İrana qarşı hərəkətə keçdi: Bağdaddakı bank da HƏDƏFDƏ
15.10.2026 21:38 Dünya

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Məhdudiyyətlər 14 İran vətəndaşını və bir sıra şirkətləri əhatə edir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən İranın müəyyən fəaliyyətlərinə qarşı yönəlmiş sərəncam əsasında tətbiq edilib.

Sanksiya siyahısına İranda fəaliyyət göstərən valyuta mübadiləsi şirkətləri və maliyyə qurumları, eləcə də Honkonq və İraqdakı bəzi strukturlar daxil edilib.

Məhdudiyyətlərə məruz qalan qurumlar arasında Bağdadda yerləşən Beynəlxalq İnvestisiya və Maliyyə İnkişafı Bankı da var.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər