Azərbaycanın U-20 voleybol millisi yoxlama oyununda qələbə qazandı
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsinə (Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının - EEVZA) hazırlığı Qubada davam etdirir.
TodayPress TV xəbər verir ki, yığma təlim-məşq toplanışı çərçivəsində "Milli Aviasiya Akademiyası"nın gənc qızlardan ibarət komandası ilə yoxlama oyunu keçirib.
Görüş millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-20 yığmasının hazırlıq prosesi oktyabrın 19-dək davam edəcək.