Qara dənizdə dəhşətli insidentlər NATO-nu bir-birinə qatdı
Şimali Atlantika Alyansının müttəfiqləri Qara dənizdə gəmilərlə bağlı insidentləri müzakirə etmək üçün təcili iclas keçirəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan “Politico” nəşrinə müsahibəsində bildirib.
“NATO-nun Baş katibi Mark Rutte alyansın həmrəyliyini ifadə edib və NATO Şurasının iclası keçiriləcək. Həmin iclasda Qara dənizlə bağlı bütün vəziyyət müzakirə olunacaq”, – deyə Dan Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində bildirib.
Xatırladaq ki, bundan əvvəl Rumıniyanın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Radu Mirutsa bolqarıstanlı həmkarına Qara dənizdə NATO-nun sahilyanı dövlətləri üçün vahid hərbi komandanlıq yaratmağı təklif edib. Onun sözlərinə görə, Rumıniya bu komandanlığa rəhbərlik etməyə və 2028-ci ildən etibarən onun Qara dəniz sahilində, Rumıniya ərazisində yerləşdirilməsinə hazırdır.
Aysel Mətləb