123 uşağın öldüyü hücumla bağlı hesabat niyə gizli saxlanılır?
ABŞ Pentaqonu İranda məktəbə endirilən aviazərbə ilə bağlı araşdırmanın nəticələrinin açıqlanmasını noyabrda keçiriləcək Konqres seçkilərindən sonraya təxirə sala bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Pentaqonun yüksək vəzifəli nümayəndələri ABŞ ordusunun İranın cənubundakı Minab şəhərində yerləşən “Şəcərə Tayyibə” ibtidai məktəbinə endirdiyi zərbə ilə bağlı daxili araşdırmanın nəticələrini açıqlamağı gecikdirməyi planlaşdırırlar.
Müharibənin ilk günü baş verən hücum nəticəsində 150-dən çox insan həlak olub. Onların arasında azı 123 uşaq var.
Araşdırmaçılar faciəyə səbəb olan amillər sırasında kəşfiyyat məlumatlarındakı səhvləri, köhnəlmiş peyk görüntülərini və süni intellektə həddindən artıq güvənilməsini müəyyən ediblər.
Araşdırma bir neçə ay əvvəl, demək olar ki, başa çatsa da, ABŞ-nin müdafiə naziri Pit Heqsetin müşavirləri nəticələrin açıqlanmasının təxirə salınması planı barədə məlumat veriblər.
Kübra Musayeva