Sovet dövrünün unudulmaz dayanacaqları - Nostalji fotolar

Sovet dövrünün unudulmaz dayanacaqları - Nostalji fotolar
16.07.2026 15:56 Araşdırma

Kanadalı fotoqraf Kristofer Herviq 2002-ci ildə Londondan Sankt-Peterburqa velosipedlə səyahət edərkən keçmiş Sovet İttifaqı ölkələrində rast gəldiyi qeyri-adi avtobus dayanacaqlarına maraq göstərməyə başlayıb.


TodayPress TV xəbər verir ki, o, özünə hər saat ən azı bir maraqlı foto çəkmək məqsədi qoyub və bu zaman ucqar ərazilərdə fərqli memarlıq üslubunda inşa edilmiş avtobus dayanacaqlarını kəşf edib.



Növbəti 12 il ərzində Herviq 14 keçmiş Sovet respublikasında 18 min mildən çox yol qət edib. Avtomobil, velosiped, avtobus və taksi ilə səyahət edən fotoqraf yüzlərlə fərqli dayanacağı lentə alıb. Bu layihə sonradan iki fotokitabın və Ukraynadan Özbəkistana, Ermənistandan Uzaq Şərqi Sibirə qədər uzanan marşrutu əhatə edən sənədli filmin əsasını təşkil edib.


Herviq bildirib ki, bu dayanacaqlar sürətlə yox olur: "Bir il sonra geri qayıtsam, onlar artıq sökülmüş və ya yenidən tikilmiş ola bilər. Ola bilsin ki, bu fotolar gələcəkdə onlardan qalan yeganə iz olacaq".



Fotoqrafın sözlərinə görə, Sovet dövründə böyük memarlıq layihələri dövlət tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılsa da, avtobus dayanacaqları kimi kiçik tikililər yerli memar və sənətkarların yaradıcılığını ifadə etməsinə imkan verirdi. Məhz buna görə də keçmiş Sovet məkanında bu gün də memarlıq baxımından fərqli və özünəməxsus avtobus dayanacaqlarına rast gəlinir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər