Yəmən sahillərində tankerə hücumun qarşısı son anda alındı

Yəmən sahillərində tankerə hücumun qarşısı son anda alındı
17.10.2026 19:11 Dünya

Yəmənin Əl-Mukalla şəhərindən təxminən 140 dəniz mili cənub-şərqdə LNG tankeri atəşə tutulub.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, göyərtəsində yeddi nəfər olan kiçik qayıq tankerə yaxınlaşaraq iki dəfə atəş açıb. Tankerin silahlı mühafizəsi xəbərdarlıq atəşi ilə cavab verib. Bundan sonra qayıq istiqamətini dəyişərək uzaqlaşıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər