Putin Ukraynanın böyük şəhərləri üçün dəhşətli plan hazırlayıb - AÇIQLANDI

Putin Ukraynanın böyük şəhərləri üçün dəhşətli plan hazırlayıb - AÇIQLANDI
17.10.2026 18:27 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın böyük şəhərlərini yaşayış üçün yararsız vəziyyətə salmağı hədəfləyən plan barədə göstəriş verdiyi iddia olunur. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukrayna kəşfiyyatı Rusiyaya məxsus, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin məhv edilməsini nəzərdə tutan sənədi ələ keçirib.

Sənəddə kritik infrastrukturun konkret obyektlərini dağıtmaq üçün nə qədər raket və pilotsuz uçuş aparatının lazım olduğu da hesablanıb.

Plana əsasən, Kiyevə xüsusi diqqət yetirilir. Ən pis ssenaridə Ukraynanın paytaxtı sutka ərzində 20 saata qədər elektrik enerjisiz qala bilər.

Strategiyanın əsas məqsədinin humanitar böhran yaratmaq, əhalini şəhərləri tərk etməyə məcbur etmək və Ukraynaya qarşı təzyiqi artırmaq olduğu bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər