Premyer Liqa: “Sabah” “Qəbələ”ni məğlub etdi
Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah" səfərdə "Qəbələ" ilə qarşılaşıb.
TodayPress TV xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda qonaqlar 4:0 hesablı qələbəyə seviniblər.
Qolları Abdulla Xaybulayev (45+2), Aleksey İsayev (74, 90+3) və Coy Lens Mikels (88) vurublar.
Hazırda "Sabah" 19 xalla turnir cədvəlinə başçılıq edir. 4 xala malik "Qəbələ" isə onuncudur.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.