Bağdadda partlayışlar baş verdi - FOTO
İraqın paytaxtı Bağdadda partlayışlar qeydə alınıb.
TodayPress TV xəbər verir ki, naməlum təyyarələrin Haşdi-Şabi qüvvələrinin mövqelərinə zərbələr endirdiyi bildirilir.
Hadisənin təfərrüatları, hücumun hansı tərəf tərəfindən həyata keçirildiyi və mümkün itkilər barədə hələlik məlumat yoxdur.
Kübra Musayeva